İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Venesuelanı işğal etməyə hazırlaşır - Media

ABŞ Venesuelada hərbi əməliyyata hazırlaşır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb və qeyd edir ki, yığılmış qüvvələr artıq əsas obyektləri ələ keçirmək üçün kifayətdir.

Nəşrin məlumatına görə, prezident Donald Tramp Venesueladan narkotik daşıyan gəmilərə zərbələr endirməyə icazə verib. Bununla belə, ABŞ qoşunlarının yerləşdirilməsinin miqyası bu cür əməliyyatlardan çox-çox kənara çıxır.

Hərbi mənbələr bildiriblər ki, səfərbər edilmiş qüvvələr limanlar və aerodromlar kimi strateji obyektləri ələ keçirməyə və saxlamağa qadirdir. Onların üzərində nəzarət ABŞ-yə Venesueladakı hərbi mövcudluğunu gücləndirməyə imkan verəcək.

Pentaqon hazırlıqlarını gizlətmir. Agentlik son hesabatında Virgin adaları yaxınlığında təlimləri təsvir edib: xüsusi təyinatlılar paraşütlə Karib dənizinə və aerodroma qalxıblar, sonra isə onu ələ keçirməyi məşq ediblər.

Bu fonda Venesuela prezidenti Nikolas Maduro ölkə silahlı qüvvələrini tam hazırlıq vəziyyətinə salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR