Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"a verdiyi müsahibədə bildirib ki, Ukrayna Avropa İttifaqının üzvü kimi Rusiya ilə münaqişəyə daxil olacaq.
Musavat.com-un xəbərinə görə, Orban qeyd edib ki, Ukrayna Rusiya ilə qonşuluqda yaşayır və daim hərbi təhdidlərə məruz qalır.
"Biz bunu dəyişə bilmərik. Amma əgər biz ukraynalılarla federal münasibətdə olsaq, onların taleyini, o cümlədən hərbi münaqişələri bölüşərdik", – deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, hər bir xalqın başqa ölkələrlə birləşmək istəyib-istəməməsi özü üçün qərar vermək hüququ var və digər Aİ dövlətlərinin mövqeyi Macarıstan üçün həlledici olmamalıdır. Baş nazir həmçinin ölkədə aprel ayında keçirilmiş referendum nəticələrinə istinad edərək bildirib ki, iştirakçıların 95%-i Kiyevin Aİ-yə qoşulmasının əleyhinə səs verib.
Orban Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq üçün resurslarının Avropa İttifaqından daha tez tükənəcəyini əsas gətirərək “Avropa hərbi strategiyasını” tənqid edib.
"Bu, illüziyadır. Avropanın Ukrayna münaqişəsini uzun müddət maliyyələşdirmək imkanı yoxdur", – deyə baş nazir bildirib.
Musavat.com-
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ