İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nümayəndə heyəti Ermənistana gəldi - “Tramp marşrutu”na görə

ABŞ-nin gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti Ermənistana səfər edib.

Musavat.com xəbər verir ki, bu səfər avqustun 8-də Vaşinqtonda Zəngəzurdan keçən “Tramp marşrutu” (TRIPP) ilə bağlı imzalanmış sənədlərin bir hissəsidir.

ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatına görə, mütəxəssislər sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qüvvələrinin fəaliyyətini qiymətləndirərək, “təkmilləşdirmə tələb edən” sahələri müəyyən edəcəklər.

Səfirlik bildirib ki, bu səfər layihə çərçivəsində tərəfdaşlığın yaradılması istiqamətində ilk addımdır və gələcəkdə layihənin effektiv həyata keçirilməsi üçün zəruri koordinasiyaların qurulmasına xidmət edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR