Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonda restoranda nahar edərkən ciddi qarətlə üzləşib.
Musavat.com CNN-in məlumatına əsasən xəbər verir ki, naməlum şəxs naziri izləyərək onun içərisində pasport, sürücülük vəsiqəsi, evin açarları, nağd pullar və şəxsi əşyalar olan çantasını oğurlayıb.
Hadisə bazar günü axşam saatlarında, şəhərin mərkəzində yerləşən restoranda baş verib. ABŞ-ın Gizli Xidməti təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq, maskalı şəxsin çantanı götürərək restorandan çıxıb uzaqlaşdığını müəyyən edib.
Nazirin nümayəndəsi NBC News-a açıqlamasında bildirib ki, oğurlanan çantada təxminən 3 min dollar nağd pul olub. “Nazirin bütün ailəsi – uşaqları və nəvələri də daxil olmaqla – həmin gün şəhərdə idi. O, ailəsinə şam yeməyi, əyləncə və Pasxa hədiyyələri almaq üçün əvvəlcədən pul çıxarmışdı”, – deyə açıqlamada qeyd olunub.
Kristi Noem olayla bağlı hələlik rəsmi açıqlama verməyib. “Bu məsələ hələ tam aydınlaşdırılmayıb”, – deyə nazir bildirib.
Hadisə, ABŞ kimi yüksək təhlükəsizlik tədbirləri ilə seçilən bir ölkənin mərkəzində, yüksək vəzifəli bir şəxsin bu cür asanlıqla hədəfə çevrilməsi ilə ictimaiyyətin ciddi diqqətini cəlb edib.
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ