İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Bakı səfirliyindən diqqətçəkən paylaşım: "Bunu ağlınızdan belə keçirməyin..."

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi sosial media hesabında maraqlı bir paylaşım edib.

Musavat.com xəbər verir ki, səfirlik rəsmi səhifəsində ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə katibi Kristi Noemin açıqlamasına yer verib:

"Amerikaya qeyri-qanuni şəkildə daxil olmağı heç ağlınızdan belə keçirməyin."

Xatırladaq ki, bu ilin yanvar ayında Donald Trampın ABŞ prezidenti kimi ikinci müddətə vəzifəyə başlamasından sonra o, qeyri-qanuni miqrantların kütləvi deportasiyasına dair sərəncam imzalayıb. Bu çərçivədə ABŞ-dan çıxarılacaq şəxslər arasında 709 Azərbaycan vətəndaşının da olduğu bildirilir.

 

Xalidə Gəray
Musavat.com

4529a337-97fc-4ef8-afaf-b1f7f572d02f.jpg (61 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR