İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın anti-Azərbaycan Qarabağ siyasəti - Vaşinqtonu qərəzli edən səbəblər...

Dövlət Departamenti diqqətini Ukraynanın müdafiəsinə yönəltməli olduğu halda, qazı kəsilmiş bir neçə min erməniyə görə əl-ayağa düşüb, daha əvvəl də Konqres və Blinken “artsax” üçün dəridən-qabıqdan çıxıb, dövlətin bütün strukturları erməniləşə bilməz axı?!; deputat: “Amerikada Azərbaycanın adını düzgün tələffüz edə bilməyənlər...”

Son günlər Ermənistanın qaldırdığı hay-küylə ABŞ Dövlət Departamentinin reaksiyaları sinxron təşkil edir. Sanki tərəflər koordinasiyalı hərəkət edirlər və sözləşmiş təəssüratı oyadırlar. Söhbət ondan gedir ki, bölgədə vəziyyətin bir qədər gərginləşməsinə İrəvanla Vaşinqtonun yanaşmaları təxminən analogiyadır və bu da Bayden administrasiyasının Azərbaycana  Qarabağ məsələsində münasibətinin dəyişmədiyini göstərir. “Yeni Müsavat” yada salır ki, Dövlət Departamenti bütün diqqətini Ukraynanın müdafiəsinə, Rusiyanın zəiflədilməsinə, hətta nüvə təhlükəsinə yönəltməli olduğu halda, Qarabağda qazı kəsilmiş bir neçə min erməniyə görə əl-ayağa düşüb.

“Birləşmiş Ştatlar qaz təchizatının pozulmasından və Azərbaycan qoşunlarının hərəkətlərindən dərin narahatdır. Ermənistan və Azərbaycan vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa ünsiyyət vasitələrindən istifadə etməlidir”, - deyə Dövlət Departamentinin “Twitter” səhifəsində yazılıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porter isə “Birləşmiş Ştatlar Azərbaycan qoşunlarının hərəkətindən dərin narahatlıq hissi keçirir” deyib və əlavə edib ki, qoşunların hərəkəti və “digər eskalasiya tədbirləri məsuliyyətsizdir və lazımsız yerə təhrik edicidir”.

C.Porter Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün tərəflərlə işləməyə sadiq qaldığını da vurğulayıb. Ümumiyyətlə, son günlər xüsusilə ABŞ-ın “status məsələsində” canfəşanlığı artıb. ABŞ Konqresinin Nümayəndələr Palatası  Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsinin qəbulu bunu təsdiqləyir. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub. Prezident Bayden bu qanunu artıq imzalayıb.

Entoni Blinken әhәmiyyәtli bәyanatlar verib

 Entoni Blinken 

ABŞ dövlət katibi Entoni Blinken isə erməni baş nazir Nikol Paşinyanla telefon söhbətində “həll edilməmiş bütün məsələlərin” hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. Aydındır ki, “həll edilməmiş bütün məsələlər” dedikdə onların sırasında əsassız “status” məsələsi də var. Bunu az qala hər ağzını açanda ABŞ-ın Ermənistandakı səfiri də deyir, həm də heç bir diplomatik etiketi gözləmədən... ABŞ Dövlət Departamenti bir dəfə də olsun xanım səfiri susdurmayıb. Demək, Vaşinqtondan gələn təlimatı icra edir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsini məsuliyyətsiz davranış adlandırıb. Bəs Vaşinqtonun Qarabağ məsələsində tutduğu mövqeyin səbəbi yalnız erməni lobbiçilərinin marağıdırmı? Dövlətin bütün strukturları bu cür erməniləşə bilməz axı?! ABŞ-ın Qarabağ siyasətində ədalətsiz mövqe tutmasının gerçək səbəbləri nədir?

Mollazadə: "İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait  yaradılsın" - 12.06.2018, Sputnik Azərbaycan

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu ardıcıllıqda səbəb erməni diasporunun təsiridir. Deputatın sözlərinə görə, Konqresdə lobbiçilik edən təmsilçilər Amerikanın milli maraqlarını deyil, erməni lobbisinin istəklərini ifadə edirlər. A.Mollazadənin fikrincə, bu da beynəlxalq hüquq normalarına zidd açıqlamalardır: “Əslində biz hər zaman bu cür qərəzli açıqlamaları müşahidə etmişik və indi belə bəyanatlara heç diqqət yetirməyə dəyməz. Çünki bu cür bəyanatların təsiri olmur. Ümumiyyətlə, bu proseslərin uzun tarixi var. Hələ 907-ci bədnam düzəliş qəbul ediləndə Amerikada Azərbaycanın adını düzgün tələffüz edə bilməyənlər bu qətnaməni reallaşdırmışdılar. Odur ki, biz buna öyrəşmişik. Reallıq ondan ibarətdir ki, Qarabağ Azərbaycandır, BMT qətnamələri icra olunub və biz öz ərazilərimizdə qanunauyğun addımlar atırıq”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ-ın Qarabağ mövzusunda rəsmi siyasətinin bundan ibarət olduğunu güman edir. Bayden hakimiyyətinin ermənipərəst olduğunu xatırladan partiya sədrinin bildirdiyinə görə, Vaşinqtonun “status” məsələsi gerçəkləşməyəcək. “Çünki Brüsseldə keçirilən görüşlərdə də, digər beynəlxalq görüşlərdə də artıq Qarabağ ermənilərinə ”status" söhbəti müzakirə olunmayıb. Axır zamanlar Fransadan da belə çıxışlara rast gəlmirik. Ona görə Amerikanın qəbul etdiyi qərarlar nəticəsiz qalacaq. Dövlət Departamentində ermənipərəstlər ola bilər, amma bəyanat ən yüksək səviyyədə razılaşdırılıb verilir. Görünür ki, 5-10 min erməninin qaz problemi amerikalılar üçün qlobal məsələdir", - deyə ALDP sədri qeyd etdi.

F.Əliyev hesab edir ki, Azərbaycan bəyanatlara deyil, öz siyasətinə diqqət etməlidir: “Biz separatçıları rədd etməliyik, terrorçuların ya dirisi, ya ölüsü Qarabağdan çıxmalıdır, daha sonra oradakı mülki erməni əhalisinə Azərbaycan pasportları təklif edilməlidir, istəməyən Ermənistana gedə bilər. Biz onlara bütün vətəndaşlar kimi eyni hüquqları veririk, qaz, su, işıqla təmin etməyə hazırıq. Bu proses davam edəcək və mərhələli şəkildə həllini tapacaq, həmin müddətdə ABŞ-dan, Avropadan hansı açıqlamaların gəlməsinə əhəmiyyət vermədən öz işimizi görməliyik. ABŞ Dövlət Departamenti separatçılara dəstək olmalı deyil və bu onun milli maraqlarına zidd siyasətdir. Əgər yaxşıdırsa, Xankəndi ermənilərinə Los-Ancelesdə status versinlər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR