Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-11-də paytax Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib.
Bu barədə xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.
"Gürcüstan tərəfdaşlar üçün keçirilən zirvə tədbirlərinə dəvət olunublar", - deyə diplomat qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, Gürcüstan hakimiyyətinin hərəkətləri Tbilisinin Aİ və NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır.//Oxu.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ