Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar G7 ölkələrindən Rusiya mənşəli palladium və titana qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirməyi xahiş edib. Musavat.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri təklifi bu gün Vaşinqtonda keçirilən G7 ölkələrinin maliyyə nazirlərinin müavinlərinin görüşü zamanı irəli sürüblər. Qeyd olunur ki, ABŞ “Rusiya iqtisadiyyatının məhdudlaşdırılmasını stimullaşdırmaq” məqsədilə sanksiyaların tətbiqi məsələsini gündəmə gətirmək qərarına gəlib. Eyni zamanda Bloomberg qeyd edir ki, ABŞ Rusiya palladiumunu almaqda davam edir.
Sentyabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiyanın strateji xammalının - uran, titan, nikelin ixracına mümkün məhdudiyyət texnologiyanın inkişafına təkan verməklə Rusiya iqtisadiyyatına faydalı təsir göstərə bilər.
Aprel ayında Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. Məhdudiyyətlər o deməkdir ki, ölkələr artıq Rusiya mənşəli xammal tədarükü hesabına anbarlarındakı alüminium, mis və nikel ehtiyatlarını artıra bilməzlər. Tətbiq edilmiş məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər. Məhdudiyyətlər həmçinin titan və platin qrupu metallarına şamil edilmir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ