İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ - Ermənistan hərbi təlimləri barədə açıqlama

Bu həftə Amerika və Ermənistan hərbçiləri “Qartal Tərəfdaş 2024” proqramı çərçivəsində iğtişaşlara qarşı mübarizə və silah təlimləri keçirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının X mikrobloqunda xəbər yayılıb.

“Bu təlimlər yüksək intensivlikli birgə mühitdə əməkdaşlıq etmək və fəaliyyət göstərmək bacarığını nümayiş etdirir, hazırlığı, operativliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır”, - deyə idarənin məlumatında deyilir.

Xatırladaq ki, iyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Qartal partnyoru 2024” adlı erməni-amerikan birgə təlimlərinin başlanması elan olunub və bu təlimlər Rusiyanı ciddi narahat edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR