İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ən bahalı suya sahib ilk on ölkə arasındadır

Amerika Birləşmiş Ştatları ən bahalı içməli suya malik ölkələr arasında 8-ci yerdədir.

APA xəbər verir ki, dövlətlərin reytinqini RİA Novosti tərtib edib.

Amerikada 1,5 litr içməli su orta hesabla 2,19 dollara başa gəlir (siyahıda səkkizinci yer). Monako birinci yerdədir - 1,5 litr üçün 5,8 dollar.

Antiqua və Barbudada 1,5 litr içməli suya görə 2,59 dollar, Mərkəzi Afrika Respublikasında 2,49 dollar, Barbadosda 2,48 dollar, Baham adalarında - 2,41 dollar, Kosta-Rikada - 2,35 dollar, Qrenadada - 2,26 dollar, Eritreyada - 2,14 dollar, İslandiyada - 2,04 dollar ödəyirlər. Ümumilikdə, 77 ölkədə 1,5 litr təmiz su üçün 1 dollardan çox pul ödəməli olacaqsınız.

Rusiyada 1,5 litr su Çin və Belarusda olduğu kimi orta hesabla 0,55 dollara başa gəlir.

Bu arada, ən əlçatan içməli suya malik ölkələrin siyahısına Misir (0,18 dollar) və Liviya (0,24 dollar) daxil edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR