İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi Maskı qoruya bilmədi

ABŞ Ədliyyə Nazirliyinin İlon Maska qarşı Hökumətin Səmərəliliyi İdarəsində (DOGE) rolu ilə bağlı qaldırılan iddianın rədd edilməsinə dair vəsatəti məhkəmə tərəfindən vəsatətini rədd edilib.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Birləşmiş Ştatların Dairə Hakimi Tanya Çatken Demokratların nəzarətindki ştatlardan olan 14 prokurorun kollektiv iddiasına baxır. Onlar hesab edirlər ki, Maskın DOGE-dəki işi bu səviyyəli məmurların Senatın təsdiqi ilə vəzifəyə təyin olunması ilə bağlı konstitusiya tələbini pozub. Eyni zamanda Çatken prezident Donald Trampa qarşı ittihamları rədd edərək qeyd edib ki, o, bu işdə müttəhim ola bilməz, çünki məhkəmənin prezidentin səlahiyyətlərini yerinə yetirməsinə məhdudiyyətlər qoymaq hüququ yoxdur.

Ağ Ev iddia edib ki, Mask “xüsusi dövlət işçisi” və ABŞ prezidenti Donald Trampın baş məsləhətçisi kimi işləyir. Bununla belə, prokurorlar iddia ərizələrində ABŞ prezidentinin Maskı departamentə rəhbərlik edəcəyi ilə bağlı açıq bəyanatlarına, eləcə də iş adamının DOGE-nin verdiyi qərarlarla bağlı öz şərhlərinə diqqət çəkiblər. İddiaçılar hesab edirlər ki, Mask digər nazirliklərin yüksək rütbəli məmurlarına sadəcə tövsiyələr verməklə kifayətlənməyib, onları müəyyən hərəkətlərə “məcbur edib” və ya onların qərarlarını ləğv edib.

Ədliyyə Nazirliyinin vəkilləri öz vəsatətlərində Maskın daxili siyasətə əhəmiyyətli təsir göstərməsi ilə razılaşıblar, lakin onun rəsmi icra səlahiyyətlərinin olmadığını vurğulayaraq bildiriblər ki, digər idarələrin rəhbərləri iş adamının onlara tövsiyə etdiyi qərarlara görə “məsuliyyəti öz üzərinə götürüblər”. Beləliklə, nazirlik Maskın hərəkətlərinin konstitusiyaya zidd olmadığını hesab edir.

Çatken iddiaçıların tərəfini tutaraq, onların kifayət qədər təfərrüatlı iddialar və Maskın həqiqətən də Senatın təsdiqi olmadan Trampdan əhəmiyyətli səlahiyyətlər almasına dair ilkin sübutlar təqdim etdiklərinə razılaşıb.

Onun fikrincə, Tramp administrasiyasında Konstitusiya ilə bağlı “yanlış anlaşılma” var ki, bu da “məhdud icra səlahiyyətlərinin verilməsinə” gətirib çıxara bilər:

“Bu əsaslandırma xətti ilə prezident Konqres qanunvericiliyinə veto qoya, düzəliş edə və qəbul edə bilən birini baş nazir vəzifəsinə təyin edə bilər, ya da Ali Məhkəmənin qərarlarını birtərəfli qaydada ləğv edə bilən hakim təyin edə bilər, yaxud xarici dövlət başçısının Amerika ordusuna rəhbərlik etməsinə icazə verə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR