İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi Boeing-dən günahını etiraf etməsini istəyir

ABŞ Ədliyyə Nazirliyi Boeing Co. şirkətinə 2 qəzaya səbəb olan 737 MAX təyyarəsinin əsas aspektləri barədə təhlükəsizlik tənzimləyicilərini qəsdən aldatdığını könüllü olara etiraf etməyini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı The Wall Street yayıb.

Məlumata görə, bu, nazirliyin şirkətlə bağlı üç ildən çox əvvəl qəbul etdiyi daha yumşaq qərarını qüvvədən salacaq. Mənbələrin WSJ-yə verdiyi məlumata görə, Boeing bu həftənin sonuna qədər günahını etiraf etməlidir, əks halda, məhkəmə prosesi ilə üzləşməlidir. Mənbələr bildirir ki, hakimiyyət Boeing ilə danışıqlar aparmaq istəmir və daha yumşaq şərtlərlə razılaşmaya imkan vermir.

737 MAX-la baş verən iki qəzada həlak olanların yaxınlarına Ədliyyə Nazirliyinin təklif etdiyi sazişin şərtləri barədə məlumat verilib. Müqaviləyə əsasən Boeing şirkətin aviasiya tənzimləyicilərinin təlimatlarının icrasına nəzarət etmək üçün kənar məsləhətçi tutmalı olacaq. Bundan əlavə, şirkət təxminən 243 milyon dollar əlavə cərimə ödəməli olacaq.

WSJ yazır ki, şirkətin günahını etiraf etməsi, 2021-ci ilin yanvarında həll edilmiş kimi görünən hüquqi problemin sonu olacaq. Bu, həmçinin ciddi hüquqi nəticələrə, o cümlədən şirkətin ABŞ federal hökuməti üçün podratçı statusuna təhlükə yarada bilər. İndi şirkətin Pentaqon və NASA ilə böyük müqavilələri var.

Xatırladaq ki, Boeing 737 MAX-la uçuşlar 2019-cu ilin mart ayında İndoneziya və Efiopiyada baş verən iki təyyarə qəzasından sonra bütün dünyada dayandırılmışdı. 2020-ci ilin sonundan etibarən 737 MAX təyyarəsinin istismarı bərpa edilib.

Təyyarə qəzalarında həlak olanların yaxınları Ədliyyə Nazirliyinin təkliflərindən məyus olduqlarını bildiriblər. 2018-ci ilin oktyabrında İndoneziya Lion Air təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 47 nəfərinin ailəsini təmsil edən vəkil Mark Lindquist deyib ki, çoxları şirkətin qəsdən adam öldürmə ittihamlarına görə cavabdeh olmasını istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR