Onlayn ictimai-siyasi qəzet
İrəvanın KTMT-yə üzvlüyü məsələsi müstəsna olaraq Ermənistan hökuməti tərəfindən həll edilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli mediaya (Etk agentliyi) ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Üzra Zeya söyləyib.
“ABŞ Fransa kimi Ermənistanın müdafiə qabiliyyətinin inkişafı prosesinə və Silahlı Qüvvələrin islahatlarına dəstək verə bilərmi?”-deyə, yerli jurnalisitn verdiyi suala ABŞ rəsmisinin cavabı belə olub:
“Tərəfdaş Qartalı” hərbi təlimlərinə gəlincə, qeyd etmək istəyirəm ki, bu, müntəzəm təlimlərin keçirilməsinə, hazırlığın və qarşılıqlı fəaliyyətin artırılmasına, sülhməramlı fəaliyyətə yönəlmiş əvvəlcədən planlaşdırılmış təlimlərdir. Bu səylərə bizim Müdafiə Nazirliyimiz vasitəsilə ABŞ tərəfi rəhbərlik edir.
Biz müdafiə və mülki təhlükəsizlik sahəsində çoxillik səmərəli əməkdaşlığımızın dərinləşdiyini görürük. Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistanla Kanzas Milli Qvardiyası arasında əməkdaşlığı qeyd etmək istərdim.
Daha bir sual: “Ermənistanın KTMT-yə üzv olması erməni-amerikan hərbi əməkdaşlığının dərinləşməsinə maneədirmi? Üzvlüyün ləğvi bu qarşılıqlı əlaqəni asanlaşdıra bilərmi?”
ABŞ DD yetkilisinin cavabı: "İrəvanın KTMT-yə üzvlük məsələsi müstəsna olaraq Ermənistan hökuməti tərəfindən həll edilir. Biz bu qərara hörmət edirik. Qeyd etməliyəm ki, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir və Ermənistan KTMT-nin üzvü olaraq qalır.
Lakin Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda regional sülh və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”,-deyə Uzra Zeya qeyd edib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ