Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Katibi Marko Rubio CNN-ə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı sərt açıqlamalar verib.
Musavat.com bildirir ki, o, Zelenskinin Ağ evdə Tramp ilə görüş zamanı sərgilədiyi mövqeyin diplomatik uğursuzluq olduğunu və Ukrayna liderinin bu vəziyyətə görə üzr istəməli olduğunu bildirib.
Rubionun əsas fikirlərini belə özətləyə bilərik:
- “Zelenskinin o görüşə gedib bu cür davranmasına ehtiyac yox idi.”
- “Sülh danışıqlarına başlamaq istəyən tərəf aqressiv mövqe tutmamalıdır.”
- “Zelenski deyir ki, sülh istəyir, amma bəlkə də, əslində bu belə deyil.”
Dövlət katibi Vaşinqton və Avropa İttifaqı arasında Ukrayna məsələsində fərqli mövqelərin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Avropa müharibənin daha bir il davam etməsini və bununla da Rusiyanı zəiflətməyi planlaşdırır. Lakin ABŞ administrasiyası bunu real hesab etmir.
- “Tramp Ukraynada sülhə nail olmağa çalışacaq, hətta bu şans cəmi 1% olsa belə.”
- “ABŞ hakimiyyəti Ukraynaya təhlükəsizlik təminatları mövzusunu yalnız sülh sazişi imzalandıqdan sonra müzakirə edə bilər.”
Buna baxmayaraq, Rubio Tramp ilə Zelenskinin gələcəkdə münasibətləri düzəldə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əgər Ukrayna tərəfi daha praqmatik və realist yanaşsa, Vaşinqton-Kiyev əlaqələrində yeni bir səhifə açıla bilər.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ