İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibi Rusiya haqqındakı qalmaqallı çıxışından DANIŞDI

"Rəsmi Vaşinqtonun “Rusiyadakı rejimi dəyşdirmək niyyəti yoxdur".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Qüdsə səfərində jurnalistlər qarşısında bəyan edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin bu ilin mart ayının 26-da Polşa ziyarəti zamanı “Vladimir Putin hakimiyyətə qala bilməz” sözləri olduqca böyük səs-küy yaratmışdı.

“Fikirləşirəm ki, prezident, Ağ Ev hər şeyi açıq şəkildə ortaya qoyub: Prezident Putin Ukraynada və ya başqa bir yerdə müharibə aparmaq üçün hər gücə malik olmamalıdır”, - deyə Entoni Blinken onun sözlərinə aydınlıq gətirməyə çalışıb.

Dövlət katibi ABŞ-ın bunu həmişə söyləydiyini və “Rusiyada və ya başqa bir yerdə rejimləri dəyişdirmək kimi stategiyalarının olmadığını” bir daha media mənsublarının diqqətinə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR