Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Aktau yaxınlığında AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Musavat.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller faciəvi hadisə ilə bağlı ABŞ-ın Azərbaycan və Qazaxıstan hökumətlərinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.
O, sosial şəbəkə platforması "X"də paylaşdığı mesajında hər iki ölkənin müvafiq orqanları ilə əməkdaşlıq etməyə və lazım gəldikdə yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.
Musavat.com
27 Dekabr 2024
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ