İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Ukraynaya 3,4 milyardlıq daha bir yardım

Prezident Co Baydenin ardınca ABŞ-ın maliyyə naziri Janet Yellen Ukraynaya böyük həcmdə daha bir yardımın ayrıldığını elan edib.

Musavat.com ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, söhbət Konqres tərəfindən təsdiqlənən büdcə yardımının son 3,4 milyard dollarlıq hissəsindən gedir.

Məlumata görə, nazirlik ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dövlət Departamenti ilə koordinasiyalı şəkildə həmin vəsaiti Ukraynaya köçürür.

Qeyd edək ki, bu gün Co Bayden Ukrayna üçün 2,5 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR