Onlayn ictimai-siyasi qəzet
ABŞ-də kibercinayətkarlar üçün onlayn forumun rəhbərləri olduğu iddia edilən şəxslər müəyyən edilib.
Musavat.com courtwatch.news-a istinadən xəbər verir ki, platforma 170 000-dən çox istifadəçiyə oğurlanmış bank hesabı nömrələrini almağa, hakerləri işə götürməyə və DDos hücumları həyata keçirməyə kömək edib.
Nəşrin yazdığına görə, FTB rusiyalı Pavel Kublitski və qazaxıstanlı Aleksandr Xodırevin müstəntiqlərin “eBay və Reddit arasında keçid” adlandırdığı, cinayət fəaliyyətləri üçün onlayn forum adlandıran WWH veb-saytını idarə etmələrindən şübhələnir.
Federal Təhqiqatlar Bürosu (FTB) Amerikanın “Digital Ocean” bulud şirkəti üçün axtarış orderi əldə etdikdən sonra WWH Club internet saytının inzibatçılarının İP ünvanlarını müəyyən edə bilib.
FTB-də işləyən kompüter alimləri saytda qeydiyyatdan keçərək on minlərlə e-poçt, parol və fəaliyyətə baxa biliblər. Agentlər qeyd ediblər ki, vebsayt rus dilindədir, bu da onlardan məlumatların çoxunu tərcümə etmək üçün Google-dan istifadə etməyi tələb edir.
Sayt kredit kartları ilə fırıldaqçılıq, DDoS hücumları və on minlərlə rubl dəyərində bank hesablarının oğurlanması ilə bağlı bələdçilərə giriş təmin edib.
“WWH inzibatçılarının, həmçinin oğurlanmış kredit kartı məlumatlarından istifadə edərək məhsulları almaq üçün istifadəçiləri işə götürən və öyrədən bir sxem işlətdiyi iddia edilir. Məhkəmə qeydlərində 50 tələbə ilə birlikdə altı həftədən çox müddət ərzində Bitcoin-də 1000 dollarla kredit kartı oğurluğu kurslarından birində iştirak edən gizli FTB agenti barədə məlumatlar yer alıb.
Məlumata görə, iki nəfər iki il əvvəl ABŞ-a gəldikdən sonra sığınacaq istəyib.
Büro iddia edir ki, Kublitski Florida ştatının Sanni Ayl Biç şəhərində lüks kondominium alıb. Xodırev isə 2023-cü il buraxılışı olan “Corvette” avtomobilini Cənubi Floridadakı dilerdən təxminən 110.000 dollara nağd pulla alıb. Açıqlamada qeyd edilib ki, qeydlərin nəzərdən keçirilməsi hər iki şəxsin işsiz olduğunu göstərib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ