İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də 17 yaşlı gənc Trampa sui-qəsd etmək üçün valideynlərini öldürüb

ABŞ-da prezident Donald Trampa qarşı terror aktı hazırlamaqdan ötrü pul almaq üçün valideynlərini öldürən 17 yaşlı gənc həbs edilib.

Musavat.con xarici mediaya istinadla xəbər verir ki, cinayət martın 1-də polisin cəsədləri aşkar etdiyi Viskonsin ştatında baş verib.

ABŞ-da Viskonsin ştatından olan 17 yaşlı Nikita Kasap valideynlərini öldürməkdə şübhəli bilinərək həbs edilib. İstintaqın məlumatına görə, yeniyetmə cinayəti Donald Trampa qarşı terror aktı hazırlamaq və dövlət çevrilişi təşkil etmək üçün pul əldə etmək məqsədilə törədib.

İstintaq müəyyən edib ki, o, dəyəri 10 min dollardan çox olan əmlakı oğurlayıb və pul əldə etmək üçün başqalarının sənədlərindən istifadə edib.

Araşdırma zamanı məlum olub ki, yeniyetmə hücuma hazırlıq məqsədilə pilotsuz təyyarə və partlayıcı alıb. Onun telefonuna baxış zamanı “Doqquz bucaq ordeni” neonasist sektasına aid materiallar tapılıb. Adolf Hitlerin şəkilləri və Trampın öldürülməsinə və inqilabın başlanmasına çağırış mətnləri olan sənədlər də tapılıb.

“Doqquz bucaq ordeni” ABŞ və Avropanın hüquq-mühafizə orqanlarına çoxdan məlumdur. Bu, radikal hücumlar və qətllərlə əlaqəli ən təhlükəli neonasist qruplarından biri hesab olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR