İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə etirazlar iğtişaşa çevrildi – polis qadınları da amansızlıqla saxladı - VİDEO

Musavat.com xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə Rustaveli prospektində keçirilən etiraz aksiyası gərgin anlarla yadda qalıb.

Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verərək bildirib ki, aksiyalar zamanı saxlanılanların sayı 20 nəfərə çatıb. Lakin aktivistlərin və “Netgazeti”nin məlumatına görə, həbs edilənlərin sayı 21 nəfərdir.

Sosial şəbəkələrdə yayılan video görüntülərdə polis əməkdaşlarının qadınları da səki üzərində sərt və amansız üsullarla saxlaması əks olunub. Bu kadrlar ictimaiyyətdə geniş rezonans doğurub.

Aksiyalar parlamentin plenar iclasında “Gürcü Arzusu” hakimiyyətinin təşəbbüsü ilə yaradılmış Tsulukiani komissiyasının nəticələrinə etiraz məqsədilə keçirilirdi. Etirazçılar hökuməti siyasi azadlıqları məhdudlaşdırmaqda və ictimai fikri boğmaqda ittiham ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR