İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin və Zelenski görüşə hazır deyil” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqlardan sonra açıqlama verib.

Musavat.com-un xəbərinə görə, Çindən səfərdən qayıdarkən Ərdoğan bildirib ki, tərəflərin hazırkı durumda birbaşa görüşə hazır olmadığını müşahidə edib.

"Putin və Zelenski görüşə hazır deyillər. Bu qənaətə hər ikisi ilə görüşdən sonra gəldim”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə regionda sülhün və sabitliyin təmin olunması üçün vasitəçilik səylərini davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR