Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Ermənistan təbliğat maşını yenidən hərəkətə keçib.
Ermənistan əsilli Lusiana Minasyan Bakıda həbsdə olan Vigen Eulcekçyanın guya 20 gündür aclıq aksiyası keçirdiyini bəyan edib və Azərbaycanla Ermənistanın birinci xanımlarına müraciət edərək dərhal müdaxilə etməyə çağırıb.
Erməni tərəfi bu təbliğatla həmin şəxsləri siyasi dustaq kimi təqdim etməyə, onları “humanizm” adı altında qəhrəmanlaşdırmağa çalışır. Halbuki, həmin şəxslərin əməlləri hər kəsə bəllidir. Onlar müharibə zamanı məsum azərbaycanlıları qətlə yetirmiş, kəndlərimizi dağıtmış, insanlığa qarşı cinayətlər törətmiş şəxslərdir.
Azərbaycan xalqı yaxşı xatırlayır: Xocalı soyqırımında qətlə yetirilən 613 dinc insan, 4000-dən çox itkin düşən soydaşımız, minlərlə əsir və girov – bütün bunların müəllifi erməni cəlladları olub. İndi həmin qaniçənlərin “məsum dustaq” adı ilə müdafiəyə qalxması isə sadəcə riyakarlıqdır.
Azərbaycan cəmiyyəti haqlı olaraq soruşur: bu gün “humanizm” tələb edənlər, bəs Xocalıda körpələri qətlə yetirəndə, kəndlərimizi yerlə-yeksan edəndə harda idi? Onların səsi niyə eşidilmirdi?
Reallıq budur ki, Bakıda həbsdə saxlanılanlar sıravi məhbus yox, savaş caniləridir. Onların törətdikləri cinayətlər tarix və beynəlxalq hüquq qarşısında faktlarla sübuta yetirilib. Ermənilərin hay-küyü isə yalnız ictimai rəyi çaşdırmaq və caniləri günahsız göstərmək cəhdidir.
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ