Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın birlikdə çəkilmiş fotoları informasiya məkanında böyük rezonans doğurub.
Sosial şəbəkələrdə və media platformalarında yayılan fotolara müxtəlif reaksiyalar gəlsə də, hər kəs bu görüntülərin arxasındakı mesajları özünəməxsus şəkildə şərh edir.
Amerikada yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlı da məsələ ilə bağlı münasibətini bildirib. O, paylaşımında yazır:
“Kim bu şəkli necə qiymətləndirir, öz işidir – sayğı çərçivəsindən kənara çıxmayan hər bir fikrə hörmətim var. Şəxsən mənə görə bu görüntü Rusiyanı bölgədən rədd etmək cəhdlərimizin davamıdır. Bu şəkil Rusiyaya, müəyyən qədər də İrana ‘Siz öz murdar burnunuzu bizim aramıza soxmasanız, biz özümüz hər məsələdə anlaşa bilərik’ mesajıdır. Mən şəxsən bu görüntünü lazımlı və faydalı hesab edirəm. Nə ermənilər bundan sonra bu coğrafiyadan tamamilə köçüb gedəsidirlər, nə də biz öz müqəddəs torpaqlarımızı kiməsə buraxasıyıq. Ona görə də ARAMIZA KİMSƏLƏRİ SOXMADAN birgəyaşayış formulunu tapmalıyıq. Sonradan Əminə Ərdoğanın da iştirakı ilə üçlükdə çəkilən şəkil məlum ölkələrə ‘Bölgədə sülhün qarantı Türkiyədir’ mesajı verməkdir mənə görə. Savaşlardan bezdik, yorulduq, usandıq – indi ‘Yurdda Sülh, Bölgədə Sülh, Dünyada Sülh’ zamanıdır…”
Beləliklə, Mehriban Əliyeva və Anna Akopyanın görüşü həm regiondaxili münasibətlər, həm də böyük güclərə ünvanlanan siyasi mesajlar baxımından diqqət mərkəzindədir.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ