İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Rusiya və Belarusla bağlı ŞOK ADDIM

Rusiya və Belarus, Şimali Koreya, Türkmənistan və Suriya insan alverini maliyyələşdirən 13 dövlətin siyahısındadır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin təqdim etdiyi 2024-cü il üçün insan alverinə dair illik hesabatda deyilir.

Blinken hesabatın təqdimatı zamanı insan alverində rəqəmsal vasitələrin artdığını bildirib.

“Rəqəmsal vasitələr insan alverinin əhatə dairəsini, miqyasını və sürətini artırıb. Bu işlə məşğul olanlar aşkarlanmamaq üçün şifrələnmiş mesajlardan və rəqəmsal valyutalardan istifadə edirlər”, - deyə ABŞ dövlət katibi söyləyib.

Blinkenin sözlərinə görə, onlayn vasitələrdən istifadə insan alverçilərinin əhatə dairəsini genişləndirməyə imkan verib.

“İnsan alveri heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi problemdir”, - deyə ABŞ rəsmisi qeyd edib.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, 2021-ci ildə dünyada 27,6 milyon insan məcburi əməyə cəlb olunub ki, bu da 2016-cı illə müqayisədə 2,7 milyon nəfər çoxdur. Bu 27,6 milyondan 6,3 milyonu məcburi kommersiya xarakterli cinsi istismara, 3,9 milyonu isə dövlət tərəfindən məcburi əməyə cəlb edilib.

“Təəssüf ki, bəzi hökumətlər həmin problemin bir hissəsinə çevrilib” - deyə ABŞ dövlət katibinin xüsusi tapşırıqlar üzrə səfiri Sindi Dayer vurğulayıb.

Dövlət Departamenti rəsmiləri insan alverini təşviq edən və ya maliyyələşdirən 13 ölkənin adını çəkirlər.

2024-cü ildə qanunu pozan ölkələrin siyahısına Əfqanıstan, Belarus, Birma, Çin, Kuba, Eritreya, İran, Şimali Koreya, Rusiya, Cənubi Sudan, Sudan, Suriya və Türkmənistan daxil olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR