Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Livan Hizbullah hərəkatı ilə əlaqəli beş fiziki və üç qurumu sanksiyalar siyahısına əlavə edib.
Musavat.com idarənin açıqlamasına istinadən xəbər verir ki, OFAC bu gün Hizbullahın maliyyə komandanlığını dəstəkləyən Livanda yerləşən sanksiyalardan yayınma şəbəkəsində iştirak edən beş fiziki şəxs və üç əlaqəli qurumu təyin edib.
Sanksiyaya məruz qalan şəxslərin hamısı Livan vətəndaşlarıdır və bütün şirkətlər bu ölkədə yerləşir.
Qeyd edilir ki, bu tədbirlər Amerikanın bu ilin əvvəlində qəbul etdiyi “İrana maksimum təzyiq” siyasətinə uyğundur.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ