İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da üç Hellouin şənliyində 20-dən çox insan güllələnib

ABŞ-ın daha iki şəhərində Hellouin şənliklərində atışma baş verib, nəticədə 20-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ən azı üç qurbanın da olduğu məlum olub.

Musavat.com xəbər verir ki, CBS Chicago telekanalının məlumatına görə, İllinoys ştatının Çikaqo şəhərində 15 nəfər güllə yaraları alıb, onlardan ikisinin vəziyyəti hazırda ağırdır. Qurbanların yaşı 26-53 arasındadır.

İndiana ştatının İndianapolis şəhərində əyləncə gecəsində də atışma baş verib. Orada bir nəfər ölüb, ən azı doqquz nəfər yaralanıb. CNN-in məlumatına görə, qurbanlar 16-22 yaş arasındadır.

Massaçusets ştatının Mensfild şəhərində baş verən atışma nəticəsində 4 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. “News 5” xəbər verir ki, daha iki nəfər ölüb, onlar azyaşlı olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR