İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Tramp və Bayden administrasiyası arasında gərginlik kəskinləşdi

ABŞ-da hazırkı Prezident Co Baydenin administrasiyası ilə seçilmiş Prezident Donald Tramp arasında ciddi fikir ayrılıqları yaranıb.

Musavat.com xəbər verir ki, Tramp və gələcək vitse-prezident Cey Di Vens Respublikaçılardan ABŞ Konqresində Bayden administrasiyasının təqdim etdiyi büdcə planını bloklamalarını tələb ediblər.

 Bu büdcə qəbul edilməsə, ölkədə "şatdaun" adlanan hökumətin fəaliyyətinin dayanması riski yaranacaq.

Tramp Vens və milyarder İlon Mask Respublikaçılara müraciət edərək, Ağ Evin təqdim etdiyi büdcə planına səs verməmələrini istəyiblər.

Onlar, xüsusilə, büdcədən "artıq xərclərin" çıxarılmasını və dövlət borcu limitinin artırılmasını tələb edirlər.

Mask konqresmenlərin maaş artımından narazıdır

İlon Mask qanun layihəsinə daxil edilən konqresmenlərin maaşlarının artırılmasını kəskin tənqid edib. Onun fikrincə, konqresmenlər öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmədikləri halda maaşlarının artırılması haqsızlıqdır.


Ağ Evin cavabı

Bayden administrasiyası Trampı öz partiyasının üzvlərinə hökumətin fəaliyyətini dayandırmağa göstəriş verməkdə ittiham edib. Ağ Evdən verilən açıqlamaya görə, bu cür addımlar ölkədə iqtisadi və siyasi sabitliyə ciddi təhlükə yaradır.

Hazırkı qarşıdurma, ABŞ-ın siyasi sistemində onsuz da dərin olan parçalanmanı daha da artıraraq, ölkənin gələcək büdcə siyasətinə dair qeyri-müəyyənliklər yaradır. Uzunmüddətli "şatdaun" baş verərsə, bu, milyonlarla dövlət işçisinin maaşlarının gecikməsinə, dövlət xidmətlərinin iflic vəziyyətə düşməsinə və iqtisadi sistemin zədələnməsinə səbəb ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR