İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qar fırtınası nəticəsində doqquz nəfər həlak olub

ABŞ-ın Ohayo, Kentukki, Missuri və Kanzas əyalətlərində qar fırtınası nəticəsində ən azı doqquz nəfər həyatını itirib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu həftə ABŞ-ın xeyli hissəsi soyuq havanın, güclü külək və qar fırtınasının təsirinə məruz qalıb. Bəzi ştatlarda temperaturlar rekord həddə yaxınlaşır. Vayominq ştatında isə mənfi 41 dərəcəyə enən temperatur yeni rekord müəyyənləşdirib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Birləşmiş Ştatlarda 590 mindən çox ev və iş yeri işıqsız qalıb, 5,4 mindən çox təyyarə reysi ləğv edilib.

Meteoroloqlar ölkənin bir sıra bölgələrində rekord şaxtaların olacağını və qar fırtınasının davam edəcəyini proqnozlaşdırır. Bu səbəbdən ABŞ-ın hakimiyyət orqanları bəzi ştatlarda, o cümlədən Corciya, Cənubi Dakota, Kentukki, Nyu-York, Oklahoma və Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR