İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Nyu-Orleandakı hücum ilə Las Veqas şəhərindəki partlayış arasında bağlantıları araşdırılır  

ABŞ rəsmiləri, Nyu Orleanda yük maşınının piyadalarla toqquşması və Las-Veqasdakı “Trump International Hotel” yaxınlığında “Tesla Cybertruck” elektrik pikapının partlaması arasında əlaqə olub-olmamasını araşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden danışıb.

Qeyd edək ki, ABŞ-ın cənubundakı Luiziana ştatının Nyu Orlean şəhərində yük maşınının şəhərin mərkəzində Yeni ili qeyd edən izdihamın üzərinə sürülməsi nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Təqsirləndirilən şəxs ABŞ vətəndaşı, 42 yaşlı Texas sakini, ABŞ ordusunun veteranı Şəmsud-Din Cabbardır. Rəsmilərin dediyinə görə, o, polislə atışmada dərhal ölüb.

Nyu Orleandakı federal hakimiyyət orqanları və yerli hüquq-mühafizə orqanları Cabbarın təkbaşına hərəkət etmədiyini və onun şəriklərini axtardıqlarını bildiriblər.

ABŞ polisi çərşənbə günü Las-Veqasda Tesla Cybertruck partlayışında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib. Onun ABŞ ordusunun keçmiş əsgəri, Kolorado-Sprinqsdən olan 37 yaşlı Metyu Livelsberger olduğu üzə çıxıb.

Gələn məlumatlara əsasən, bu şəxs Şəmsud-Din Cabbarla eyni hərbi bazada xidmət keçib.

FTB müstəntiqləri Leavelsbergerin yaşadığı Kolorado-Sprinqsdəki evlərdən birində axtarış aparıb.
Xatırladaq ki, Tesla Cybertruck, çərşənbə günü günortadan sonra ABŞ-ın yeni prezidenti Donald Trampa məxsus otelin qarşısında partlayıb. Avtomobilin sürücüsü həlak olub, 7 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ müəyyən edilməsə də, avtomobilin içərisindən pirotexniki vasitələr və benzin qutuları aşkar edilib. İstintaq ölən sürücünün partlayışa qəsdən səbəb olub-olmamasını araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR