Onlayn ictimai-siyasi qəzet
ABŞ-da ermənipərəst lobbiyə daha bir ciddi zərbə vurulub.
Musavat.com xəbər verir ki, Merilend ştatının prokurorluğu erməni maraqlarının ən fəal müdafiəçilərindən biri olan demokrat senator Adam Şiffə qarşı cinayət işi qaldırıb.
“Fox News”un məlumatına görə, ABŞ-ın Federal Mənzil Maliyyəsi Agentliyi senatorun ipoteka krediti almaq üçün gəlir və əmlakı barədə saxta məlumatlar təqdim etdiyindən şübhələnir. Bildirilir ki, Şiff bu yolla bir neçə dəfə güzəştli ipoteka şərtləri əldə etməyə cəhd edib.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ