Onlayn ictimai-siyasi qəzet
İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) ölkənin Sosial Təminat Xidmətinin bazasında adı olan 120 yaşdan yuxarı 7 milyona yaxın amerikalının ölmüş elan olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki. DOGE-nin müvafiq açıqlaması X sosial şəbəkəsində yerləşdirilib.
Məlumatda qeyd olunur ki, son bir həftə ərzində 3,8 milyon amerikalının məlumatlarını yoxlanıb: “Son üç həftə ərzində Sosial Təminat İdarəsi məlumat bazalarında əsaslı təmizləmə aparıb. Yaşı 120-dən yuxarı olan təxminən 7 milyon hesab sahibi indi ölmüş kimi qeyd olunur. Hələ 5 milyona yaxın yoxlanmamış hesab qalıb”.
Qeyd edək ki, Mask fevral ayında sosial müavinət alan amerikalıların yaşına diqqət çəkib. Onun dərc etdiyi qrafikə görə, ABŞ-da 100 yaşdan yuxarı 4 milyondan çox vətəndaş var. O, ölkənin sosial müdafiə sistemini tarixdə ən böyük saxtakarlıq adlandırıb.
Keçən həftə - martın 18-də DOGE Sosial Təminat Xidmətinin hələ də müavinət alan 3,2 milyon ABŞ vətəndaşının öldüyünü elan etdiyini açıqlamışdı.
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ