Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Zaporojye vilayətinin işğal olunmuş hissəsində Rusiyaya məxsus “S-300” zenit-raket kompleksinin məhv edildiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə “Qordon media” məlumat yayıb.
Hərbçilər qeyd ediblər ki, bu hədəfin zərərsizləşdirilməsi Rusiyanın uzaq mənzilli atəş imkanlarını əhəmiyyətli dərəcədə azaldır və Ukrayna mövqeləri ilə yanaşı, regiondakı mülki infrastruktura hücum qabiliyyətini zəiflədir.
Baş Qərargah əlavə edib:
“Bu zərbə müvəqqəti işğal olunmuş ərazilər də daxil olmaqla, düşmənin kritik əhəmiyyətli obyektlərinin aşkarlanması və məhv edilməsində Ukrayna bölmələrinin effektivliyini, dəqiqliyini bir daha təsdiqləyir”.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ