İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çini yenidən Ukrayna ilə danışıqlara çağırıb

Ukraynada atəşkəs Rusiyaya öz qüvvələrini artırmaq üçün vaxt verə bilər.

APA-nın məlumatına görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində deyib.

“Yeni insanları hazırlayın və öyrədin və yeni hücum planlaşdırmağa çalışın. Moskva Ukraynada mümkün atəşkəsdən istifadə edəcək”, Kirbi əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ martın 20-22-də Çin rəhbəri Si Cinpinin Moskvaya səfəri zamanı edilə biləcək Ukraynada sülhə dair mümkün çağırışları “qəbuledilməz” hesab edir.

Kirbinin sözlərinə görə, Vaşinqton Si Cinpinin Ukrayna hakimiyyətinin mövqeyini eşitmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini gözləyir. O, əlavə edib ki, Amerika hakimiyyəti Çinlə əlaqə kanalını açıq saxlamaq niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR