İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bankları batır: Bayden açıqlama verməli oldu

ABŞ-ın böyüklüyünə görə 16-cı bankı olan Silicon Valley Bank və Signature Bank-ın iflasından sonra hökumətin atdığı addımlara baxmayaraq, ölkə birjalarında, sektor indekslərində ciddi həyəcanlanma başlayıb.

Bank sektorunun vəziyyətini göstərən Nasdaq KBW indeksi 13 faiz dəyərsizləşib. Bundan sonra Nyu-York birjasında 4 iri bankın səhmləri ilə ticarət dayandırılıb. Bunlar First Republic, PacWest Bancorp, Regions Financial, Zions Bancorporation banklarıdır. First Republic-in səhmləri 76,76 faiz, PacWest Bancorp-un səhmləri 50,37 faiz, Regions Financial-ın səhmləri 9,42, Zions Bancorporation-un səhmləri 27,81 faiz dəyərsizləşib.

Eyni zamanda neft qiymətləri kəskin ucuzlaşıb, qızıl isə bahalaşıb. Bu da böhran əlaməti kimi qəbul olunmaqdadır.

Gün ərzində birjalarda, bazarlardakı təlatümlərdən sonra ABŞ prezidenti Co Bayden xüsusi müraciətlə çıxış edib. O bildirib ki, administrasiyanın atdığı addımlar nəticəsində iki bankın iflası ölkənin bank sisteminə təhdid yaratmır. Lakin hökumət bu sektorda tənzimlənməni sərtləşdirəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR