İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bankları 541 milyard dollar itirəcək – FED açıqladı

ABŞ-ın iri bankları kəskin ressesiyadan salamat çıxmaq, ev təsərrüfatları və müəssisələri kreditləşdirməyə davam etmək imkanındadır.

ABŞ bank tənzimləyicisi – Federal Ehtiyatlar Sisteminin illik stress-testi nəticəsində məluma olub ki, ölkənin 23 bankı kəskin resessiya olarsa, 541 milyard dollar itkiyə məruz qalarlar. Bu halda işsizlik səviyyəsi 10 faizə qalxar, kommersiya daşınmaz əmlakının qiyməti 40 faiz, yaşayış evlərininki isə 38 faiz ucuzlaşar.

FED-in yaydıöğı açıqlamaya görə, testin nəticələri göstərir ki, kəskin resessiya şəraitində bankların birinci səviyyə kapital yetərliliyi əmsalı 2,3 faiz bəndi azalmaqla 10,1 faiz təşkil edə bilər. Bu isə FED-in göstərici ilə bağlı minimum tələbini xeyli üstələyir. FED rəhbərliyinə görə, stress-testin nəticələri ABŞ bank sisteminin dayanıqlı və çevik olduğunu təsdiqləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR