İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bankı ölkənin iqtisadi artım proqnozunu iki dəfəyə yaxın azaltdı

Morgan Stanley Bankının analitikləri ABŞ-ın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıb.

Musavat.com açıqlanan hesabata istinadən xəbər verir ki, analitiklər prezident Donald Trampın tarif siyasəti nəticəsində inflyasiyanın kəskin şəkildə artacağını gözləyirlər.

Onlar hesab edirlər ki, 2025-ci ildə ABŞ-da ÜDM-in real artımı 0,8 faiz, 2026-cı ildə isə 0,7 faiz olacaq. Əvvəllər artımın müvafiq olaraq 1,5 faiz və 1,2 faiz olacağı proqnozlaşdırılırdı.

Analitiklər şəxsi istehlak xərcləri (PCE) indeksinin və qida və enerji xərclərini nəzərə almayan PCE Core indeksinin bu ilin sonuna qədər müvafiq olaraq 3,4 faiz və 3,9 faiz artacağını gözləyir. Analitiklər qeyd edirlər ki, yeni proqnoz əvvəlkindən təxminən 1 faiz bəndi yüksəkdir.

Tarif müharibəsinin təsiri ilə bağlı qeyri-müəyyənlik biznes əhval-ruhiyyəsinə və işə qəbul sürətinə təzyiq göstərdiyi üçün işsizlik nisbəti 4,9 faizə yüksələcək.

Morgan Stanley analitikləri ABŞ iqtisadiyyatında tənəzzül gözləmirlər, lakin "ləng artım proqnozu ilə iqtisadi tənəzzül arasındakı fərqin daraldığı" barədə xəbərdarlıq edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR