İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanda minalarla mübarizəyə bu qədər pul ayırıb

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Ofisinin direktoru Mark Kemeron Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ilə ABŞ-nin Minalar Məsləhətçi Qrupu (MAG) tərəfindən həyata keçirilən humanitar minalarla mübarizə yardımını müzakirə etmək üçün görüşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsi üzrə Azərbaycanla tərəfdaşlığını davam etdirməyi öhdəsinə götürüb.

1999-cu ildən bəri ABŞ Azərbaycanda humanitar minalarla mübarizə üçün 32,2 milyon dollardan çox vəsait ayırıb. Bu səylər Azərbaycanda insan təhlükəsizliyinin və regionda sülhün möhkəmləndirilməsinə mühüm rol oynayır.

63d63e1c0ea3663d63e1c0ea37167498498863d63e1c0ea3463d63e1c0ea35.jpg (138 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR