İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ administrasiyasının baş müşaviri Beyrutda səfərdədir

ABŞ administrasiyasının xüsusi emissarı, enerji təhlükəsizliyi üzrə baş müşavir Amos Hoxşteyn (Amos Hochstein) yanvarın 11-də Livanın paytaxtı Beyruta səfər edib.

“Report” xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

Bildirilib ki, o, İsrail-“Hizbullah” qarşıdurması nəticəsində yaranan gərginliyin azaldılması, Livanla yəhudi dövləti arasında sərhədlərin demarkasiyasına dair məsləhətləşmələri davam etdirəcək.

Xatırladaq ki, yanvarın 9-da Beyrutda nəşr olunan, “Hizbullah” terror qruplaşması ilə əlaqəsi olan “Əl-Əxbar” qəzeti Livanın İsraillə danışıqlardakı şərtlərinin siyahısını dərc etmişdi. Bu hərbi-siyasi qruplaşma danışıqların yalnız Qəzza zolağında atəşkəsdən sonra mümkün olacağını vurğulamışdı.

Şərtlərə əsasən, Livan Ras əl-Nakura bölgəsindəki B1 bəndi məsələsinin həllini tələb edir ki, bu da sahil zolağında “şarj xətti” adlanan ərazinin suverenliyi məsələlərində dəyişiklik tələb edir. Bundan başqa, qarşı tərəf İsraildən qeyri-aktiv Roş a-Nikra dəmiryolu tunelinin Livana verilməsini istəyir. Şərtlərə görə, İsrail sərhəd rolunu oynayan "mavi xətti" keçməməyi öhdəsinə götürməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR