Onlayn ictimai-siyasi qəzet
ABŞ 18 ölkə ilə ticarət danışıqlarına ümumi yanaşma hazırlayıb.
Musavat.com Wall Street Journal-a (WSJ) istinadən xəbər verir ki, danışıqlarının aparılması sxemi ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin ofisi tərəfindən hazırlanıb.
Sxemdəiİdxal üzrə qarşılıqlı gömrük rüsumlarının müzakirəsini sadələşdirmək nəzərdə tutulur. Plana rüsumlar və kvotalar, qeyri-tarif ticarət maneələri, rəqəmsal ticarət, mənşə qaydaları və iqtisadi təhlükəsizlik kimi kateqoriyalar daxildir.
Danışıqların növbəti iki ay ərzində mərhələlərlə davam edəcəyi gözlənilir: birinci həftədə altı ölkə, ikincidə daha altı, üçüncüdə isə daha altı ölkə, sonra isə tsikl təkrarlanacaq. Tramp administrasiyası iyulun 8-dək 18 əsas ticarət tərəfdaşı ilə qarşılıqlı tarif razılaşmaları əldə etməyə ümid edir.
Danışıqların hansı ölkələrlə ümumi sxem üzrə aparılacağı, hansılara fərqli yanaşmanın tətbiq ediləcəyi hələlik məlum deyil. The Wall Street Journal hesab edir ki, planın Kanada və Meksikaya şamil ediləcəyi ehtimalı azdır, çünki onların mallarına ayrıca 20 faiz rüsum tətbiq edilir və tarifin 10 faizə endirilməsi onlara təsir etməyib. Çinin də həmin 18 ölkə arasında yer alması ehtimalı azdır, çünki ABŞ-ın Çin idxalına tətbiq etdiyi tariflər artıq 145 faizə çatıb.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ