İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyandan Paşinyan haqda SENSASİON SÖZLƏR 

“Ermənistan məhkəməsi 2 ildir həbsdə olan Vanadzor şəhərinin keçmiş meri Mamikon Aslanyan barəsində həbs qətimkan tədbirini dəyişməz saxlayıb”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“Yerli hakimiyyət orqanlarında baş verənlər onu göstərir ki, hakimiyyət seçki prosesini qeyri-adi kadr təyinatına çevirmək üzrədir. Onlara görə yerli strukturlarda ancaq hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələri olmalıdır. Vanadzorda seçkiləri uduzan və məqsədinə çatmayan Paşinyan iqtidarı Mamikonu həbsdə saxlamaqla yerli sakinlərdən qisas alır”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR