Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun dünən guya Avropa İttifaqının müşahidə missiyasına doğru atəş açması xəbəri elə avropalıların özləri tərəfindən yalanlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, Ermənistanda bir çoxunun, o cümlədən revanşist deputat Tiqran Abramyanın xoşuna gəlməyib.
“Vaxtilə Avropa İttifaqı sərhəddə patrul funksiyasını öz üzərinə götürəndə həm Ermənistan hakimiyyəti, həm də Aİ rəsmiləri Azərbaycanın mümkün hücumlarının qarşısının alınmasında bu rola böyük əhəmiyyət verirdilər”, - deyə Abramyan feysbuk səhifəsində yazıb.
Revanşist siyasətçi yalanlarına belə davam edir:
“Azərbaycan hətta onların iştirakı ilə atəşkəs rejiminin pozulmasına səbəb olur. Bu da təsadüfi ola bilməz, çünki patrul qrafiki haqqında məlumat Avropa İttifaqından Azərbaycana ötürülür. Cəbhə xəttində müəyyən aktivliyin müşahidə olunduğu və mümkün yeni gərginlik dalğası ilə bağlı proqnozların yenidən gündəmə gəldiyi son günlərdə Aİ-nin monitorinq missiyasının roluna və siyasi məsələyə yenidən baxmaq, aydınlaşdırmaq lazımdır. Kobud desək, başa düşmək lazımdır ki, bu missiya Ermənistana hərbi, yoxsa siyasi baxımdan nə verir?”
Tiqran Abramyanın yazısından belə çıxır ki, Aİ-nin müşahidə missiyası onların böhtan və iftira kampaniyasına qoşulmalı, buna alət olmalı imiş. Tipik erməni siyasətçi xisləti...
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ