Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar kontekstində, son vaxtlar qoşunların qarşılıqlı olaraq çıxarılması ətrafında müzakirələr yenidən intensivləşib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan yazıb.
“44 günlük müharibədən sonra Azərbaycan cəbhə xəttinin demək olar ki, bütün strateji istiqamətləri üzrə, Kutakan-Sotk (Canəhməd-Günəşli-Zod-red.) sektorundan Araz çayına qədər irəliləyərək, özü üçün əlverişli mövqelərdə qərarlaşıb.
Bir çox yaşayış məntəqələrimiz, kommunikasiyalarımız onların bilavasitə nəzarətində qalıb.
Əgər erməni qoşunları bir neçə kilometr daha geri çəkilsə, o zaman Ermənistan öz həyat qabiliyyətini tamamilə itirəcək.
Azərbaycan isə növbəti fürsətdən istifadə edərək boş qalan yerləri tutacaq.
Ona görə də, mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar sülhün əldə olunması uğrunda deyil, Ermənistanın dinc yolla təslim olması ətrafında gedir”, - deyə Abramyan yazıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ