İnsanlara hürriyət, millətlərə istiqlal!

957 nəfərdən yeganə sağ qalan 11 yaşlı uşaq – O, nasistlərdən ağır qisas alıb

II dünya müharibəsində təkcə böyüklər yox, uşaqlar da almanlara qarşı mübarizə aparıblar. Əsl qəhrəman olan 11 yaşlı uşaq 200-ə yaxın nasisti silahsız öldürüb. Lakin qurduğu hiyləgər plandan özü də sağ çıxa bilməyib.

Nasistlərdən qorxmayan kiçik qəhrəmanın şücaəti

Tixon Baran müharibədən əvvəl Belarus ərazisində yerləşən Bayka adlı böyük kənddə anadan olub və yaşayıb. Bu ərazi Brest vilayətinin mülkiyyətinə aiddir, ona görə də qəsəbə II dünya müharibəsinin ilk günlərində almanlar tərəfindən işğal edilib.

tix-5.jpg (102 KB)

Müharibədən əvvəl Baykanın əhalisi çox olsa da, faşistlərin gəlişi ilə əhalini yarıdan çoxu ya öldürülüb, ya da meşələrə qaçaraq partizanlara qoşulub, müqavimət göstərib. Tixonun ailəsi müharibədən kənarda qalmayıb. Onun qardaşlarından biri sonradan cəbhədə, digəri isə partizan kimi həlak olub, ata və anası isə sağ qalıblar.

İşğalın ilk günlərindən Baran ailəsi “yeni hökumətin” mövcudluğunu hər cür çətinləşdirməyə çalışan xalq qisasçılarına yardım göstərməyə başlayıb. Demək olar ki, bütün yerli əhali geri çəkilən qırmızı ordu əsgərlərinə və partizanlarına kömək edib.

Oğlanın yaşadığı evdən bir qədər aralıda vərəqələrin çap olunduğu və silahların saxlandığı kiçik bir zirzəmi olub. İstehsal olunan çap məhsulları daha sonra şübhə doğurmamaq üçün həmin uşaqlar tərəfindən kəndə və ətrafına səpələnib. Tixon 11 yaşında yerli dəstə ilə əlaqələndirici kimi işləyib. Nasistlər uşağın partizanlarla əlaqəsinin olduğunu düşünməyibər.

tix-4.jpg (468 KB)

Bir gün Tixon bacıları və anası ilə paltar, ərzaq ehtiyatı götürmək üçün doğma kəndinə gəlib. Ancaq kənddə faşistlərə Tixonun anasının partizan dəstəsi ilə əməkdaşlıq etdiyi və onların harada olacağının bildiyi söylənilir. Onları bir aydan çox həbsdə saxlayıblar, sorğu-sual ediblər, işgəncələrə məruz qoyublar, amma sonda heç bir məlumat əldə etmək mümkün olmayıb.

Tixonun anası Almaniyadakı konsentrasiya düşərgəsinə göndərilsə də, o və bacıları sərbəst buraxılıb. Yorulmuş uşaqlar doğma kəndlərinə qayıdıblar, qonşular onlara sığınacaq veriblər. Bir müddət sonra Tixon yenidən partizan dəstəsinə qoşulub.

tix-3.jpg (47 KB)

Partizanlar daim faşistlərə hücum edib, onların olduğu evləri yandırıb, silah anbarlarını partladıblar. Nasistlər böyük itkilər versələr də, bunun qarşısını almaq üçün heç nə edə bilməyiblər. Bütün kəndin partizanlara kömək etdiyini bilən nasistlər yerli sakinlərinə qarşı repressiyalar həyata keçirmək qərarına gəliblər.

Sağ qalan sonuncu sakin - 200-ə yaxın nasistin ölümü

1944-cü il yanvarın 22-nə keçən gecə kəndə cəza dəstəsi gəlib. Nasistlər və polis bütün əhalini mühasirəyə alaraq yerli sakinləri kənddən kənara qovub və çuxur qazmağa məcbur ediblər. Bundan sonra almanlar kənddəki bütün evləri yandırıb və içərisində Tixonun bacılarının olduğu sakinləri güllələyiblər. 957 kənd sakinindən yalnız qətliamı öz gözləri ilə görən Tixon sağ qalıb.

Nasistlər Tixonun atası və qardaşlarının olduğu partizan düşərgəsinə yol tapmaq üçün ona toxunmayıblar. Bir müddət sonra Tixonu Almaniyaya oxumağa getməyə razı salmaq üçün komendantlığa çağırıblar. Ona partizan düşərgəsinin yerini dediyi halda bir paket şokolad verəcəklərini də vəd ediblər.

tix-1.jpg (126 KB)

Əslində 11 yaşlı uşaq nasistlərdən daha ağıllı və hiyləgər olub. O, alman zabitlərinə partizanların yerini göstərəcəyini söz verib. Amma özü isə başqa cür düşünüb. 1942-ci il yanvarın sonunda sübh tezdən yola çıxan almanlar uşağın ardınca hərəkət ediblər.

Oğlan yolun duman olmasından istifadə edərək əsgərləri bataqlığa aparıb. Nasistlər əsl pusquya düşüblər. Almanların bir çoxu elə qısa müddət ərzində bataqlıqda boğulub. Uşağın hiyləgər planını anlayan alman zabitlərindən biri Tixonu yerindəcə güllələyib.

Onun qəhrəmanlığı sayəsində iki yüzə yaxın nasist bataqlıqda həlak olub. Sağ qalan bir nasist isə sovet hərbçilərinə əsir düşüb. Sovet hərbçiləri 11 yaşlı Tixon Baranın şücaətindən sağ qalan alman əsgərinin gündəliyini tapanda təsadüfən öyrəniblər. Alman hərbçi hadisələrdən şoka düşərək yazıb: “Biz heç vaxt rusları məğlub edə bilməyəcəyik, çünki onların uşaqları qəhrəman kimi döyüşürlər”.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR