İnsanlara hürriyət, millətlərə istiqlal!

92 yaşlı milyarder Rupert Merdok nişanlanıb

92 yaşlı amerikalı milyarder Rupert Merdok 66 yaşlı Ann Lesli Smitlə nişanlandığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəər verir ki, Merdok "New York Post№ maqazin yazarı Sindi Adamsa gələcək həyat yoldaşı ilə sentyabr ayında Kaliforniyanın Bel Air şəhərindəki Moraga Estate üzüm bağını ziyarət edərkən tanış olduğunu söyləyib.

Merdok deyib: "Çox həyəcanlı idim. Mən aşiq olmaqdan qorxdum, amma bunun sonuncu dəfə olacağını bilirdim. Mən xoşbəxtəm".

Cütlük bu yayın sonunda evlənməyə hazırlaşır.

"İkimiz də həyatımızın ikinci yarısını birlikdə keçirməyi səbirsizliklə gözləyirik",- Merdok bildirib.

Smit daha əvvəl 2008-ci ildə vəfat edən müğənni və teleradio rəhbəri Çester Smitlə evli olub. 66 yaşlı gəlin namizəd deyib ki, o və Fox News və The Wall Street Journal kimi nəşrlərin sahibi olan Merdok media sənayesi haqqında ortaq bilikləri bölüşürlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR