İnsanlara hürriyət, millətlərə istiqlal!

9 yaşlı uşaq silahla oynayarkən əmisini ÖLDÜRDÜ

Türkiyədə 9 yaşlı uşaq əmisini güllələyib.

Hadisə Konyada, Sultan Məsut rayonu, Beykoz küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib.

Ş.U. atası Kurtuluş U.-nun təmizləyib stolun üzərinə qoyduğu silahla oynamağa başlayıb.

Bu vaxt Ş.U.-nun təsadüfən toxunduğu tapançadan atəş açılıb və güllə otaqda dayısı İzzet U.-nun sinəsinə dəyib.

Hadisə yerinə polis və tibb qrupu ünvana göndərilib. İzzət U. sağlamlıq qrupunun bütün müdaxiləsinə baxmayaraq qurtarıla bilməyib.

9 yaşlı uşaq və atası ifadə üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.Bakupost.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2024

29 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR