İnsanlara hürriyət, millətlərə istiqlal!

9 nüvə dövləti "son müharibə"yə hazırlaşır - QORXULU HESABAT yayıldı

 

Geosiyasi vəziyyət pisləşdikcə, nüvə gücləri getdikcə öz arsenallarını inkişaf etdirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

“Doqquz nüvə silahı dövləti – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail öz arsenallarını modernləşdirməyə davam edirlər. Nüvə silahından istifadənin qarşısının alınmasına çalışan ölkələr onların sayını artırmaları ilə məşğuldurlar”,-deyə hesabat mətnində bildirilir.

2024-cü ilin yanvar ayına olan məlumata görə, dünyada təxminən 12 121 döyüş başlığı var olub. Onlardan 9 585-i işlək vəziyyətindər. Bu raketlərdən 3904-ü raket və ya təyyarə ilə daşınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 60% çoxdur. Yerləşdirilmiş 2100-ə yaxın döyüş başlığı ballistik raketlərlə bağlı yüksək hazırlıq vəziyyətinə  gətirilib. Döyüş başlıqlarının demək olar ki, hamısının Rusiya Federasiyasına və ya ABŞ-a məxsus olduğu qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR