İnsanlara hürriyət, millətlərə istiqlal!

83 yaşlı Əməkdar artistin vəziyyəti ağırdır - Ayaq barmaqları amputasiya olunub - VİDEO

Əməkdar artist Dədə Süleyman (Süleyman Abdullayevin) səhhətində problemlər yaranıb. 

Musavat.com xəbər verir ki, bu barədə sənətçinin övladı Aygün Abdullayeva bildirib. O "Günün sədası" verilişinə müsahibəsi zamanı 83 yaşlı atasının ayaq barmaqlarının amputasiya olunduğunu deyib:

"Atam ağır vəziyyətdədir, ağrıkəsicilərlə yaşayır. Qanqrenadan əziyyət çəkir. Vəziyyəti çox pisdir. Ürəyində və qaraciyərində ciddi problemlər var, böyrəklərindən biri işləmir. Müalicələri dayandırılıb. Həkimlər onun xəstəliyi qarşısında də aciz qalıblar. Ürəyinin 30%-i işləyir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustunda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər".

Ətraflı videoda:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR