İnsanlara hürriyət, millətlərə istiqlal!

80 yaşlı Züqanov Əmək Qəhrəmanı oldu

Rusiya prezidenti Vladimir Putin Gennadi Züqanova 80 illik yubileyi münasibətilə mükafat təyin edib.

Musavat.com xəbər verir ki, Rusiya kommunistlərinin lideri Əmək Qəhrəmanı adına layiq görülüb.

Rəsmi sənəddə göstərildiyi kimi, bu ad ona Rusiya dövlətçiliyinin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə verilib.

Siyasətçi aylıq 61 566,28 (703 dollar) rubl məbləğində maaş alacaq.

Züqanov 4 dəfə Rusiya Federasiyasının prezidentliyinə namizəd olub (hər dəfə uduzub). Bu gün o, ölkəsində "əsas rus kommunisti" hesab olunur.

SSRİ-də Əmək Qəhrəmanı mükafatı isə 1927-ci ildə təsis edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR