Onlayn ictimai-siyasi qəzet
78 yaşlı Əməkdar artist Suğra Bağırzadə formada qalmasının sirrini bölüşüb.
Aktrisa bu haqda qonaq olduğu "Bir gün" verilişində danışıb. O bildirib ki, formada qalmasına fikir verir:
"Şəklimi Ajda Pekkanla birləşdirib paylaşırlar, sevmirəm. Qadını qadınla müqayisə etməzlər. Ondakı pul məndə olsaydı daha betər edərdim. Bizdə genetikdir. Anam 83 yaşında vəfat etdi, amma üzü hamar idi. Hər gün evdə idman edirəm, ayaqla gəzirəm. Normal qidalanıram, amma az yeyirəm. Şirniyyat xoşlamıram. Mədəni necə öyrədirsənsə, elə tələb edir". (Axşam.az)
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ