İnsanlara hürriyət, millətlərə istiqlal!

7 gözəli şapalaqlayan oğlana 5 sutka cəza verildi

Özbəkistanın Daşkənd şəhərinin Çilanzar rayon məhkəməsində yanvarın 7-də keçirilən iclasda paytaxtda barın reklamında iştirak edən 22 yaşlı Ş.Yunusovun barəsində olan inzibati işə baxılıb.

Musavat.com yerli Qazeta.uz saytına istinadla xəbər verir ki, bu məhkəmə işinin predmeti dekabrın 25-də “Escada lounge” barının İnstaqram hesabında Yeni il şoularını reklam edən videonun yayılmasıdır. Videodakı oğlan üzləri divara sarı dayanmış yeddi qızın ombasısına şapalaq çəkir və hər zərbədə tarixi deyir: "25, 26, 27, 28, 29, 30, 31 dekabr - hər gün".

Daha sonra oğlan müştəriləri barda əylənməyə dəvət edir: “Böyük Yeni il şousu”, “giriş pulsuzdur”, “gəlib sərbəst istirahət edə bilərsiniz”.

Bu videonun yayılmasından sonra Daşkənddə yaşayan Yevgeniya M. adlı sakin Çilanzar rayon polis şöbəsinə müraciət edərək, qadınlara qarşı hüquqpozma aktının olub-olmadığının yoxlanılmasını xahiş edib.

Onun yazdığı ərizədə göstərilib ki, Özbəkistan BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya”sının üzvü kimi qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması siyasətini həyata keçirməyi öhdəsinə götürüb.

Onun fikrincə, barın reklamı qadınlara qarşı hörmətsiz münasibəti təbliğ edir.

“Hesab edirəm ki, qadınların şərəf və ləyaqətini alçaldan videoların çəkilməsi və yayılması yolverilməzdir. Bizim cəmiyyətdə qadınlar artıq ikinci dərəcəli vətəndaş sayılırlar. Barın məzmunu sözün əsl mənasında qadınların cinsi istismarını təbliğ edir. Canlı qızlar onlarda əşyalar - ət parçaları və ya oyuncaqlar kimi göstərilir”, - deyə Yevgeniya bildirib.

Məhkəmə iclasında Ş.Yunusov təqsirini etiraf edərək, həmin gün tanımadığı qızlara qarşı törətdiyi əməli təsdiqləyib və klub rəhbərliyindən heç bir ödəniş almadığını bildirib. O, etdiyi hərəkətin nəticələrini anladığını deyib və məhkəməni bir daha belə halın təkrar olunmayacağına əmin edib.

Məhkəmə İnzibati Məsuliyyət Məcəlləsinin 183-cü (xırda xuliqanlıq) maddəsi ilə onun xüsusi təcridxanada saxlanma xərclərindən azad edilməklə, 5 sutka inzibati həbs cəzası verib.

Məhkəmə qərarında barın rəhbərliyinə hər hansı cəza nəzərdə tutulmayıb. Gəncin bu barda çalışıb-çalışmadığı da bəlli deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR